"Azərbaycanla Avropa İttifaqı arasında sazişin artıq 90%-dən çoxu razılaşdırılıb".
ONA-nın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
O qeyd edib ki, saziş üzrə işlər davam etdirilir: "Biz hər gün Azərbaycan rəsmiləri ilə müvafiq görüşlər keçiririk".
Səfir əlavə edib ki, mayın 13-14-də Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində 10 illik əməkdaşlığın nəticələri və gələcəyi müzakirə ediləcək: "Bu sammitdə də Aİ və Azərbaycan arasında yüksək səviyyəli danışıqların baş tutması nəzərdə tutulur".