• SİYASƏT

    09:40 8 aprel 2019

Aİ Şurası “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinin nəticələrini müzakirə edəcək

Bu gün Avropa İttifaqına üzv 28 ölkənin xarici işlər nazirlərinin Lüksemburqda toplantısı keçiriləcək.

ONA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, iclasda Liviyada gərginlik, Venesuela və Əfqanıstan məsələsi müzakirə ediləcək.

Aİ Şurası Venesuela prezidenti Nikolas Maduroya qarşı yeni sanksiyaları nəzərdən keçirəcək.

Xarici işlər nazirləri Azərbaycanın da daxil olduğu “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinin nəticələrini də müzakirə edəcəklər.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR