Milli Məclisdə ilk dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında illik məlumatı dinləniləcək.
ONA-nın əldə etdiyi məlumata görə, illik məlumat Milli Məclisə yaz sessiyasında ( may ayında) təqdim olunacaq.
Milli Məclisə qurumun illik məlumatını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təqdim edəcək.
Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilib. Qanuna edilən əlavə ilə parlamentin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumatına baxacaq və rəy verəcək.