Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
ONA-nın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu!
Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Müasir Azərbaycan dinamik inkişaf edən dövlət, etibarlı iqtisadi tərəfdaşdır.
Sanballı ictimai-siyasi dəyişikliklər, istehsal sektorunun əsaslı surətdə modernləşdirilməsi, ölkənizin beynəlxalq aləmdə nüfuzunun artması Sizin həyata keçirdiyiniz və ölkənin iqtisadi qüdrətinin, əhalinin səmərəli sosial müdafiəsinin təmin edilməsinə, müstəqil xarici siyasət yürüdülməsinə yönəlmiş kursun düzgün olduğunu əyani şəkildə təsdiq edir.
Əminəm ki, razılaşmaların praktiki reallaşması və Sizin dəstəyinizlə həyata keçirilən birgə layihələr ölkələrimizin potensialının daha da artırılmasına, Belarus və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı yardım ənənələrinin möhkəmlənməsinə şərait yaradacaq.
Hörmətli İlham Heydər oğlu!
Sizə səmimi qəlbdən möhkəm cansağlığı və qarşıya qoyduğunuz məqsədlərə nail olmağınızı, qardaş Azərbaycanın əhalisinə isə sülh və firavanlıq arzu edirəm”.
Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Mərakeşin Kralı VI Mohammed, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum, Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan, Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonq, Rumıniyanın Prezidenti Klaus Verner İohannis, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.