“Bu gün xaricdə bəzi insanlar, bəzi qardaşlarımız Azərbaycana zərbə vurmaq, onu baltalamaq istəyir”.
ONA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, ölkəni qorumaq təkcə onu avtomatla qorumaq deyil: “Dövləti müdafiə etmək həm də dövlət rəhbərinin fikirlərini müdafiə etmək, onun dediklərini yerinə yetirməkdir. Bunun əksini edənlər dövlətçiliyimizi bilməyənlərdir. Bunun arxasında dayanan bəzi qüvvələr var”.
QMİ sədri bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması bağlı dəfələrlə məsələ qaldırsa da, məsələ hələ də həll olunmur: “Ermənistan dövləti, milləti, dini insanları hamısı yalançıdır, bizi aldadırlar. Biz özümüz güclü, qüvvətli olaq ki, başqa dövlətlər də bizdən çəkinsinlər”.