Almaniya Prezidenti Prezident İlham Əliyevi təbrik edib
  • SİYASƏT

  • 15:23 27 May 2019

Almaniya Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Almaniya Prezidenti Frank-Valter Ştanymayer Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Cənab Prezident.

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından ən xoş arzularımı bildirirəm.

Azərbaycan və Almaniya 27 illik dinamik və etibarlı diplomatik əlaqələrə malikdirlər. Bu il biz Bakıdakı Alman Dili Tədris Mərkəzinin 10 illik yubileyini qeyd edirik. Mən çox şadam ki, alman dilinin tədrisinə və alman mədəniyyətinə Azərbaycanda belə yüksək münasibət bəslənilir. 2018-ci ildə açılmış Höte Mərkəzi mədəniyyət sahəsində əməkdaşlığımızı daha da gücləndirdi. Almaniya, həmçinin siyasi dialoqu da davam etdirməyə daim hazırdır.

Mən Sizə xoş diləklərimi çatdırır və Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram”.

 

OXŞAR XƏBƏRLƏR