Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə baxılması üçün yaradılmış komissiyaya “Veteran adı” və ya “Veteran kitabçası"nın təqdim edilməsi səlahiyyəti verilməyib.
APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə deyib.
O, qeyd edib ki, vətəndaşlarımızdan xahiş olunur ki, bu məsələ ilə bağlı komissiyaya müraciət etməsinlər.