• SİYASƏT

    12:52 22 dekabr 2022

Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.

ONA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

Dövlət başçısı Adil Qabil oğlu Kərimlinin Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilməsi barədə də Sərəncam imzalayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR