• SİYASƏT

    13:51 20 iyun 2019

Asəf Hacıyev yenidən  QDİƏT Parlament Məclisinin baş katibi seçilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasında sədrlik dəyişib.

ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib.

O deyib ki, sədrlik 6 ay müddətinə Bolqarıstana keçib.

Bu gün Bakıda QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasında Parlament Məclisinin baş katibi seçilib.

Baş katib postuna QDİƏT Parlament Məclisinin hazırkı baş katibi Asəf Hacıyev və Yunanıstan parlamentinin sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulosun namizədliyi irəli sürülüb.

Gizli səsvermədə A. Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib. O, 5 il müddətində bu vəzifəni tutacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR