• SİYASƏT

    17:00 8 aprel 2019

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri “Brexit”ə görə təxirə salınıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinqi komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Rocer Geyl və Ştefan Şennakın Azərbaycana səfəri “Brexit”ə görə təxirə salınıb.

Bunu Ştefan Şennak ONA-nın Avropa müxbirinin sualını cavablandırarkən deyib.

“Azərbaycana səfərin dəqiq tarixi bilinmir. Çünki digər həmməruzəçi Rocer Geyl “Brexit”lə bağlı Böyük Britaniya parlamentində olmalıdır. Əgər “Brexit” olmasa idi, biz bir ay öncə Azərbaycana gəlməli idik. Hazırda ona görə dəqiq tarixi deyə bilmirəm. Ancaq Britaniyada “Brexit” üzrə danışıqlar yekunlaşmaq üzrədir. Düşünürəm ki, yaydan öncə Azərbaycanda olacağıq”.

Aytən Abbaslı

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR