AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak iyulun 4-6-da Azərbaycana səfərləri ilə bağlı Monitorinq komitəsinin iclasında hesabat təqdim edəcək.
APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, sentyabrın 10-da Parisdə Monitorinq komitəsinin növbəti iclası keçiriləcək. İclasda komitənin Azərbaycan üzrə həmmərizəçiləri Stefan Şennak və Rocer Qeylin Azərbaycana son səfərlərinə dair qeydləri dinləniləcək.
Bununla bağlı hesabat həmməruzəçi Stefan Şennak tərəfindən təqdim olunacaq.