AŞPA-nın payız sessiyasında "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabat dinləniləcək, bu barədə debat aparılacaq.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, hesabatı Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) hazırlayıb.
Qeyd edək ki, sessiya 27-30 sentyabr tarixlərində baş tutacaq.