• SİYASƏT

    00:31 8 yanvar 2020

AŞPA seçkiləri izləmək üçün Azərbaycana müşahidə missiyasını nə vaxt göndərəcəyini açıqlayıb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) seçkiləri müşahidə etmək üçün Azərbaycana 30 müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq AŞPA-dan bildirilib.

Məlumata görə, Assambleya fevral ayında Azərbaycan üzrə iki həmməruzəçi ilə birlikdə AŞPA-dakı bütün beş siyasi qrupu təmsil edən 30 üzvdən ibarət müşahidə heyətini Azərbaycana göndərəcək. Nümayəndə heyəti fevralın 7-dən 10-dək Azərbaycanda səfərdə olacaq.

AŞPA-dan verilən məlumata görə, müşahidəçilərdən ibarət daha kiçik nümayəndə heyəti isə seçkidən əvvəl seçkiqabağı mühiti müşahidə etmək üçün Azərbaycana səfər edəcək.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR