AŞPA sədri Lilian Mori Paskye martın 26-da Ermənistana səfər edəcək.
ONA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, səfər zamanı o, Ermənistan prezidenti, baş naziri, parlament sədri, xarici işlər naziri, əmək və sosial məsələlər naziri ilə görüşəcək. Həmçinin AŞPA prezidentinin siyasi qrup liderləri və parlamentdə müxtəlif komissiyaların rəhbərləri, həmçinin Ermənistanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşü nəzərdə tutulub.
L. M. Paskye artın 27-də İrəvanda mətbuat konfransı keçirəcək.
Səfər martın 28-i başa çatacaq.