Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin səlahiyyətli nümayəndələri Xəzər dənizində dənizçilik sahəsində əməkdaşlığa dair protokol layihəsini müzakirə edirlər. ONA-nn RİA Novosti-yə istinadən verdiyi məlumata görə, müzakirələr dünən və bu gün davam edir.
Layihədə protokolun əsas məqsədinin Xəzər dənizində gəmilərin toqquşmasının qarşısını alınması, gəmi heyətinin və sərnişinlərin həyatının və sağlamlığının qorunması və gəmilərin və daşınan yüklərin mühafizəsi olduğu qeyd olunur.
Protokol layihəsini Türkmənistan tərəfi prezidenti Qurbanqulu Berdiməhəmmədovun tapşırığı ilə 2015-ci ildə hazırlayıb.