• SİYASƏT

    11:46 7 yanvar 2020

ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Azərbaycanda səfərdədir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri Azərbaycanda səfərdədir.

APA-nın xəbərinə görə, müşahidəçilərdən ibarət nümayəndə heyətinə DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri, səfir Piter Tecler rəhbərlik edir.

Səfərin məqsədi DTİHB müşahidəçilərindən ibarət missiyanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindəki rolu və planlaşdırılan fəaliyyəti ilə bağlı məlumat verməkdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR