• SİYASƏT

    10:30 9 fevral 2020

ATƏT PA-nın müşahidəçisi: "İndiyə qədər hər şey qaydalara uyğun şəkildə həyata keçirilib”

“Prosedurlara əsaslanaraq deyə bilərəm ki, indiyə qədər hər şey qaydalara uyğun şəkildə həyata keçirilib”. Bunu APA-ya açıqlamasında ATƏT PA-nın beynəlxalq müşahidə missiyasının üzvü, polşalı nümayəndə Rozalt Darlus Kajetan deyib.

O deyib ki, səsvermə məntəqələri yaxşı təchiz olunub, məntəqə sədrləri və digər nümayəndələr hamısı yerindədir: “Biz hər hansı qanuna uyğunsuzluq, insident qeydə almadıq. Deyə bilərəm ki, indiyə qədər hər şey qaydasındadır. İndiyədək 3 səsvermə məntəqəsində olmuşuq. Sadəcə, bu məntəqədə foto çəkilişinə qadağa ilə bağlı etirazları eşitdik, başqa heç bir problemlə üzləşmədik. Digər iki məntəqədə də proses davam edirdi və sakitlik idi. Biz səhər tezdən müşahidələrimizə başlamışıq. Səhər olduğu üçün hələ ki, səsvermədə az şəxs iştirak edib. Hər məntəqənin siyahısında 1300-1400 adam var, lakin müşahidə müddətində 5-7 vətəndaş gəlib səs verib. Qeyd etdiyim kimi, bu, zamanla bağlıdır. Əminəm ki, gün ərzində daha çox adam səsverməyə gələcək”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR