• SİYASƏT

    12:40 29 dekabr 2023

ATƏT/DTİHB-nin missiyası Azərbaycanda fəaliyyətə başlayıb

Azərbaycan hökumətinin dəvəti ilə bizim seçkini müşahidə missiyamız fəaliyyətə başlayır.

APA xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (DTİHB) 2024-cü ilin fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbəri İohan Mörfi mətbuat konfransında deyib.

Ətraflı

Onun sözlərinə görə, ATƏT/DTİHB Azərbaycanda indiyə qədər 12 seçki monitorinq missiyası həyata keçirib, sonuncu missiya isə 2020-ci ildə olub: “Biz XİN-də missiyamızı təqdim etməklə bağlı görüşlər keçirmişik. ATƏT-ə üzv 57 ölkənin öhdəlikləri var ki, bunlar təməl azadlıqlar, insan haqları ilə bağlıdır. Hər bir üzv ölkənin eyni zamanda, seçki prosesini müşahidə etmək üçün DTİHB-ni dəvət etmək öhdəliyi var”.

İohan Mörfi qeyd edib ki, missiya 11 beynəlxalq ekspertdən ibarətdir və bu ekspertlər 9 ölkədən gəlib: “Əsas komanda Bakıda yerləşir və növbəti 8 həftə üçün biz Bakıda müvəqqəti ofisimizi qurmuşuq. Bizim komanda regionlara səfər edəcək.

Yanvarın 3-də isə 26 uzunmüddətli müşahidəçi ölkəyə gələcək və onlar əsas komandadan təlimat aldıqdan sonra regionlara səfər edəcəklər.

Onlar 2 müşahidəçidən ibarət komandalar şəklində işləyəcək və prosesə hazırlığı izləyəcəklər”.

İohan Mörfi onu da qeyd edib ki, seçki günündə müşahidə üçün isə onlar 280 qısamüddətli müşahidəçi üçün sorğu veriblər: “Onlar seçki günü ölkənin bütün nöqtələrində seçki prosesini müşahidə edəcək. Müşahidə missiyalarımızı qəbul olunmuş müşahidə metodologiyasına uyğun aparırıq”.

Mörfi vurğulayıb ki, onları seçkinin nəticəsi deyil, onun keçirilməsi prosesi maraqlandırır: "Bizim rolumuz nəzarət, kömək və ya müdaxilə etmək deyil, biz prosesi izləyirik və bununla bağlı hesabat dərc edirik”.

O deyib ki, seçkidən 2 həftə əvvəl missiya aralıq hesabatını dərc edəcək.

Missiya rəhbəri əlavə edib ki, onlar prosesə hazırlığı, seçki mühitini, medianı və eyni zamanda, sosial mediadakı proseslə bağlı vəziyyəti müşahidə edəcəklər: “Biz mediaya açıq olacağıq və işimizi şəffaf şəkildə aparacağıq”.

ATƏT/DTİHB-nin missiyası Azərbaycanda fəaliyyətə başlayıb, seçkiləri izləyəcək müşahidəçilərinin sayı açıqlanıb - FOTO ATƏT/DTİHB-nin missiyası Azərbaycanda fəaliyyətə başlayıb, seçkiləri izləyəcək müşahidəçilərinin sayı açıqlanıb - FOTO ATƏT/DTİHB-nin missiyası Azərbaycanda fəaliyyətə başlayıb, seçkiləri izləyəcək müşahidəçilərinin sayı açıqlanıb - FOTO ATƏT/DTİHB-nin missiyası Azərbaycanda fəaliyyətə başlayıb, seçkiləri izləyəcək müşahidəçilərinin sayı açıqlanıb - FOTO ATƏT/DTİHB-nin missiyası Azərbaycanda fəaliyyətə başlayıb, seçkiləri izləyəcək müşahidəçilərinin sayı açıqlanıb - FOTO ATƏT/DTİHB-nin missiyası Azərbaycanda fəaliyyətə başlayıb, seçkiləri izləyəcək müşahidəçilərinin sayı açıqlanıb - FOTO ATƏT/DTİHB-nin missiyası Azərbaycanda fəaliyyətə başlayıb, seçkiləri izləyəcək müşahidəçilərinin sayı açıqlanıb - FOTO ATƏT/DTİHB-nin missiyası Azərbaycanda fəaliyyətə başlayıb, seçkiləri izləyəcək müşahidəçilərinin sayı açıqlanıb - FOTO

ONA

Teqlər:

SON XƏBƏRLƏR