"Azərbaycan və Gürcüstan sərhədinin razılaşdırılmamış hissələrinə ekspertlərin növbəti baxışının keçirilməsi üçün hələ vaxt təyin olunmayıb, bu barədə müzakirə aparırıq".
Bunu APA-ya Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
X. Xələfovun sözlərinə görə, avqust ayında ekspertlərin növbəti baxışı təşkil olunacaq: "Ekspertlər razılaşdırılmamış hissələrə baxış keçirəcək, sənədləri bir daha araşdıracaq, ümumi təklifləri hazırlayıb təqdim edəcəklər. Biz bundan sonra Azərbaycan və Gürcüstan arasında sərhədin delimitasiyası komissiyasının növbəti iclasının tarixlərini müəyyən edəcəyik".