Aprelin 4-də Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
ONA-nın Aİ Şurasına istinadən verdiyi məlumata görə, iclas Brüsseldə baş tutacaq.
Əməkdaşlıq Şurasının 16-cı iclasında əməkdaşlığın bütün aspektləri müzakirə olunacaq.
İclasa xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrlik edəcəyi gözlənilir.
Qeyd edək ki, 15-ci iclas ötən il fevralın 19-da keçirilib.