Avropa Komissiyasının genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Bakıda keçiriləcək Aİ-Azərbaycan Biznes Forumunda iştirak edəcək.
ONA-nın məlumatına görə, iyunun 13-də keçiriləcək biznes forumun gündəliyi açıqlanıb.
Açılış mərasimində Yohannes Hanla yanaşı İqtisadiyyat naziri Şahin Mustafayev də çıxış edəcək. Forumda nazirlər, yüksək səviyyəli hökumət rəsmilərinin iştirakı ilə müxtəlif panel müzakirələri təşkil olunacaq.