• SİYASƏT

    15:11 3 may 2019

Han: "Vişeqrad qrupu" ölkələrinin "Şərq tərəfdaşlığı"na sadiqliyi bizim birlikdə güclü olduğumuzu göstərir"

Mayın 6-da Slovakiyanın paytaxtı Bratislavada "Vişeqrad qrupu"nun və Avropa İttifaqı "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı olacaq.

ONA-nın Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, toplantıda Avropa Genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han da iştirak edəcək.

Bratislava keçiriləcək görüşdə "Şərq tərəfdaşlığı"nın gələcəyi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, əlaqələr, infrastruktur və enerji məsələləri müzakirə olunacaq.

“Bu il Avropa İttifaqı və "Şərq tərəfdaşlığı"na üzv olan altı ölkə bu tərəfdaşlıq çərçivəsində güclənən əlaqələrin 10 illiyini qeyd edir. Bu görüş bütün tərəfdaşlarımıza bir çox birgə nailiyyətimizi nümayiş etdirmək imkanı verəcək. Gələcək illərdə islahatların həyata keçirilməsi və vətəndaşların nəzərəçarpacaq imtiyazlara sahib ola bilməsi əsas prioritetlər olacaq. Bu kontekstdə, "Vişeqrad qrupu" ölkələrinin "Şərq tərəfdaşlığı"na sadiqliyi bizim birlikdə güclü olduğumuzu göstərir", - deyə Komissar Han bildirib.

Qeyd edək ki, Y. Han "Vişeqrad qrupu" və "Şərq tərəfdaşlığı"na üzv olan ölkələrin xarici işlər nazirləri ilə görüşəcək.

"Vışeqrad qrupu"na Çexiya, Macarıstan, Polşa və Slovakiya, "Şərq tərəfdaşlığı" ölkələrinə isə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Xatırladaq ki, "Şərq tərəfdaşlığı" proqramının 10 illiyi münasibətilə mayın 13-14-də Brüsseldə tədbir keçiriləcək.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR