Avropa Şurasının baş katibi postuna namizədliyi irəli sürülmüş şəxslərin adları açıqlanıb.
ONA-nın məlumatına görə, bunu Avropa Şurasının nümayəndəsi Daniel Holtqen öz "Twitter" səhifəsində yazıb. O bildirib ki, baş katib postu uğrunda mübarizə aparacaq namizədlər Xorvatiyadan Mariya Peyçinoviç-Buriç və Belçikadan Didye Reyndersdir.
Avropa Şurasının baş katibi postuna seçkilər bu ilin iyunda keçiriləcək. Hazırki baş katib Turbörn Yaqlanddır.