• SİYASƏT

    11:30 8 yanvar 2024

Azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları formalaşdırılıb

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq formalaşdırılıb.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, ilk olaraq həmin seçki məntəqələri lazımı avadanlıqlarla təchiz edilib: "Artıq orada işlər demək olar ki, tamamlanıb. Orada görülən işlər digər bölgələrdəki seçki məntəqələrinə də nümunə ola bilər. Proseslə bağlı da işləri siz oradan işıqlandıra bilərsiniz".

ONA

Teqlər:

SON XƏBƏRLƏR