İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi başa çatıb.
APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, azad edilmiş ərazilərdəki məntəqələrin fəaliyyəti üçün lazımı şərait yaradılacaq.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.