Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.
APA-nın məlumatına görə, gündəliyə “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi əlavə olunub.
Qanun layihəsinə əsasən, Kabil şəhərində Azərbaycanın Səfirliyi təsis ediləcək.