• SİYASƏT

    17:19 12 may 2022

Azərbaycan-Ermənistan delimitasiya üzrə komissiyaların görüşü Moskvada keçiriləcək

Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı komissiyaların iclasının gələn həftə Moskvada keçirilməsi planlaşdırılır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan deyib.

“Sizi məlumatlandırmaq istərdim ki, azərbaycanlı həmkarımla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması mövzusunda danışmışıq. Və deyəsən, Aleksey Overçukla (Rusiya Baş nazirinin müavini) kommunikasiyalarla bağlı 16-17 mayda Moskvada görüş keçiriləcəyinə dair razılıq var. Həmçinin, Moskvada həmin günlərdə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşün keçirilməsi təşkil olunacaq”, - Mirzoyan vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR