• SİYASƏT

    10:31 3 oktyabr 2022

Azərbaycan Ermənistanla delimitasiya komissiyasının iclasının noyabrdan oktyabra keçirilməsini təklif edib

Azərbaycan tərəfi Ermənistanla sərhədlərin delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi təklifi ilə çıxış edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında oktyabrın 2-də Cenevrədə keçirilmiş görüşü barədə açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR