• SİYASƏT

    20:25 18 aprel 2020

Azərbaycan-Gürcüstan sərhədi mayın 4-dək bağlı saxlanılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

APA xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR