• SİYASƏT

    17:26 19 avqust 2019

Azərbaycan-Gürcüstan sərhədlərinin müəyyən olunmamış hissələrinə dair işçi qrupun görüşü keçirilib

Avqustun 19-da Gürcüstan və Azərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını müzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini bildiriblər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış kecirilməsi planlaşdırılıb. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR