• SİYASƏT

    20:29 18 aprel 2020

Azərbaycan-İran sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadıləb.

APA xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR