• SİYASƏT

    23:48 15 mart 2019

Azərbaycan İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv olub

Azərbaycan namizədi İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib.

ONA-nın məlumatına görə, bu ilin 1-2 mart tarixlərində Abu-Dabidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvlüyünə seçkilər baş tutub. Qruplar üzrə keçirilən seçkilərdə ölkəmizin də təmsil olunduğu Asiya qrupu üçün müəyyən olunmuş 3 vakant yerə 5 ölkənin, o cümlədən ölkəmizin namizdəliyi irəli sürülüb.

Seçkilər zamanı Azərbaycan namizədliyi mövcud 3 vakant yerə seçilmiş ölkələr arasında ən çox səs toplayan (Azərbaycan, Pakistan və Malayziya) tərəf olub. Nəticədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Mükəkkilin Aparatının rəhbəri Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR