• SİYASƏT

    11:27 25 oktyabr 2022

Azərbaycan minalanmaya dair sübutları Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

Azərbaycan Ermənistanın sentyabrda minalanmanı davam etdirməsinə dair sübutları Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

ONA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in məlumatında qeyd olunub.

Bildirilib ki, Azərbaycan tərəfi bu ilin sentyabr ayında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsinin Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci ildə qəbul etdiyi müvəqqəti qərarları açıq aşkar pozması barədə məhkəməyə rəsmi məlumat verib, aidiyyəti sübutları təqdim edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR