Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının Bratislavada keçirilən yaz sessiyasında iştirak edir.
ONA-nın xəbərinə görə, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Qaya Məmmədov "Twitter" səhifəsində yazıb.
Mayın 31-dən başlayan sessiya iyunun 3-dək davam edəcək.