Azərbaycan nümayəndəsi və Qarabağ ermənilərinin Rusiya sülhməramlı kontingentinin komandanının iştirakı ilə görüşü keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Laçın yolunda yaranmış vəziyyət barədə danışarkən bildirib.
Görüşün dünən, ya da srağagün baş tutduğunu qeyd edən Rusiya XİN başçısı məsələnin yaxın vaxtlarda həllini tapacağını düşündüyünü vurğulayıb.