• SİYASƏT

    13:10 28 fevral 2019

Azərbaycan Prezidenti Andres Pastrananı qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.

ONA-nın xəbərinə görə, Prezident İlham Əliyev səfərin və aparılan müzakirələrin ölkəmizlə bu təsisat arasında əməkdaşlıq və dialoqun inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana rəhbərlik etdiyi təşkilatın gündəliyində duran məsələlər və həyata keçirilən tədbirlər barədə məlumat verib. O, səfər çərçivəsində məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən sosial təyinatlı işlərin nümunəvi olduğunu bildirib.

Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar və münaqişənin həlli prosesi barədə danışıb.

Görüşdə, həmçinin Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

11.42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokrat İnternasionalının prezidenti Andres Pastrananı qəbul edib.

ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR