• SİYASƏT

    13:10 17 mart 2022

Azərbaycan Prezidenti: “Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir”

“Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir”.

ONA xəbər verir ki, bunu Prezidenti İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.

“Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir. Çünki şəhərlərin baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur. Amma bunlar hansı formada olacaq, memarlığı necə olacaq, bunu artıq müvafiq federasiyalar, Gənclər və İdman Nazirliyi təqdim etməlidir”, - dövlət başçısı vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR