Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti qəbulu zamanı iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib.
ONA-nın xəbərinə görə, Prezident İlham Əliyev görüşdə ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi” layihəsinə göstərdiyi dəstəyi yüksək dəyərləndirib.
Corc Kent isə Azərbaycanın Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlər, o cümlədən ABŞ üçün təmin edilən tranzit-logistika dəstəyinə görə minnətdarlığını ifadə edib.