“İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idilər. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdi”.
ONA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.
“Amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı”, - dövlət başçısı bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir.
“O başqa məsələdir ki, kasıb ölkə bu pulu haradan əldə edib. Ancaq demək olar ki, Ermənistan ordusu yoxdur”, - Prezident İlham Əliyev vurğulayıb.