• SİYASƏT

    11:40 26 yanvar 2023

Azərbaycan Prezidenti Fransa, Yunanıstan və Meksikanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.

ONA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da həmçinin Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR