• SİYASƏT

    14:29 27 fevral 2019

Azərbaycan Prezidenti: “Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir”

“Çox şadam ki, seçkilərdən qısa müddətdən sonra Siz Azərbaycana səfər edirsiniz. Bu, onu göstərir ki, Siz ölkələrimizin əlaqələrinə çox böyük önəm verirsiniz”.

ONA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.

“Biz də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Çox şadıq ki, bu əlaqələr uğurla, sürətlə inkişaf edir. Bugünkü səfər və apardığımız müzakirələr, danışıqlar bir daha onu təsdiqləyir ki, bizim əlaqələrimizin çox gözəl gələcəyi vardır.

Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir.

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksəksəviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir”, - deyə Azərbaycan prezidenti əlavə edib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR