• SİYASƏT

    11:40 24 oktyabr 2022

Azərbaycan Prezidenti Gürcüstana işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib.

ONA xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR