Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.
ONA xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Qeyd edək ki, ötən bazar günü İranda yağan leysan yağışları 25 əyalətdə daşqınlara səbəb olub. Nəticədə 19 nəfər ölüb, 70-dən çox şəxs xəsarət alıb.