• SİYASƏT

    13:41 24 may 2020

Azərbaycan Prezidenti İordaniya Kralını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

ONA-nın məlumatına görə, dövlət başçısı Krala və bütün İordaniya xalqına öz adından və Azərbaycan xalqı adından ən xoş arzularını və təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Kralı II Abdullah ibn Al Hüseynə möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, dost İordaniya xalqına daim firavanlıq diləyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR