Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu göndərib.
ONA xəbər verir ki, təbrikdə deyilir: “Əlahəzrət,
Əziz Qardaşım,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və rifah arzulayıram”.