Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibətilə Mərakeş Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:
“Əlahəzrət,
Əziz Qardaşım,
Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.