• SİYASƏT

    17:18 21 iyul 2020

Azərbaycan Prezidenti: “Qisas əməliyyatı nəticəsində onlarla düşmən məhv edilib”

“Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olub, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub”.

APA-nın məlumatına görə, bunu iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan ordusu Tovuz istiqamətində torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb: “Dərhal lazımi tədbirlər görülüb, qisas əməliyyatı keçirilib və qisas əməliyyatı nəticəsində onlarla düşmən məhv edilib. Onların texnikası məhv edilib. Yəqin ki, siz də internetdə o videogörüntüləri görmüsünüz ki, Azərbaycan ordusu sərrast atəşi ilə dəqiqliklə Ermənistanın dayaq məntəqələrini, idarəetmə məntəqələrini və digər hərbi infrastrukturu necə məhv edir! Biz bunu nəyin hesabına edirik? Müasir silahlar hesabına. Bu silahlar Azərbaycanda istehsal olunmur. Bu silahların qiyməti çox yüksəkdir. Bizim maddi imkanlarımız olmasa, onu edə bilməzdik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR