• SİYASƏT

    15:11 19 mart 2019

Azərbaycan Prezidenti Tunis Prezidentini təbrik edib

Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik ünvanlayıb.

ONA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcək.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm”.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR