• SİYASƏT

    16:13 29 aprel 2019

Azərbaycan Prezidenti Xorvatiya baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ONA-nın xəbərinə görə, dövlət başçısı Xorvatiyaya səfərini məmnunluqla xatırlayaraq orada aparılan danışıqların və müzakirələrin səmərəli olduğunu qeyd edib və bu səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq, əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı Mariya Buriçin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Xanım Mariya Buriç, ilk növbədə, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. Mariya Buriç Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin çox uğurlu keçdiyini və səfər zamanı əlaqələrimizin daha da möhkəmlənməsi baxımından məhsuldar müzakirələrin aparıldığını qeyd edib. O, səfəri çərçivəsində Xorvatiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Xorvatiyanın Baş nazirinə çatdırmağı xahiş edib.

***

12:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR