Azərbaycan Respublikası Prezidentinin köməkçiləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.
ONA-nın xəbərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamına əsasən, Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.
Prezidentin digər sərəncamı ilə Kərəm Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub.
Azərbaycan Prezidenti Şahin Məhərrəm oğlu Əliyevin Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilməsi haqda sərəncam da imzalayıb.
Bundan başqa, dövlət başçısının sərəncamları ilə Natiq Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Zeynal Səfər oğlu Nağdəliyev Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri, Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Dövlət başçısı Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Şahmar Mövsümovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Ədalət Məqsəd oğlu Vəliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, Süleyman İsmayılovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilmələri barədə də sərəncamlar imzalayıb.
Bundan başqa, Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. Ona general-polkovnik ali hərbi rütbəsi verilib.
Prezidentin digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.